Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


12.03.2021  08:41 

Bu ölkə marixuana qadağasını ləğv edir





A+  A-

Meksika parlamenti qanunsuz narkotik ticarətinə mane olmaq məqsədilə marixuana istifadəsinə qadağanı aradan qaldıran qanun dəyişikliyini təsdiqləyib.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Senatın təsdiqindən sonra ölkədə marixuana qanuni olaraq satılacaq.

Meksika bu qərarla Kanada və Uruqvaydan sonra marixuana istifadəsinin sərbəst olduğu üçüncü dünya ölkəsi olacaq.

Qanuna görə, yetkinlik yaşına çatanlar satış mərkəzlərindən qanuni olaraq marixuana satın ala biləcəklər. Bundan başqa, istifadəçilər üstlərində 28 qrama qədər marixuana gəzdirmək imkanı qazanacaqlar.

İnsanların şəxsi istifadə üçün evlərində marixuana yetişdirməsinə icazə veriləcək. Ancaq bu, ciddi nəzarət altında olacaq.

Qərarın qanunsuz narkotik dövriyyəsinin iqtisadi təməlini ortadan qaldıracağına inanılır. Meksikada 2017-ci ildən bəri tibbi məqsədlərlə marixuana istifadəsinə icazə verilir.

Xəbər 1989 dəfə oxunub.



13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +