Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


11.03.2021  08:46 

Paşinyan generallarla görüşdü





A+  A-

Ermənistanın Baş naziri Nikol Paşinyan Müdafiə Nazirliyində Silahlı Qüvvələrin yüksək rütbəli zabitləri ilə görüş keçirib.
XəzərNews.az Ermənistan mediasına istinadən xəbər verir ki, görüşdə müdafiə naziri Vaqarşak Arutyunyan, Baş qərargah rəisinin müavinləri, general-leytenant Artak Davtyan və başqaları iştirak ediblər. İstefaya göndərilən Baş qərargah rəisi Onik Qasparyan isə Paşinyanla görüşdə iştirak etməyib.

Erməni baş nazir müzakirələr zamanı Qasparyanla bağlı məsələyə də toxunub.

“Bilirsiniz ki, general-polkovnik Onik Qasparyanın Silahlı Qüvvələrin Baş qərargah rəisi vəzifəsindən azad olunması barədə qərar artıq qüvvəyə minir. General-leytenant Artak Davtyanın onun yerinə təyin edilməsi haqda prezidentə vəsatət təqdim etməyimdən də xəbərdarsınız. Davtyan 2018-2020-ci illərdə Baş qərargaha rəhbərlik edib və işi ilə hamıya tanışdır. Ümid edirəm ki, biz birlikdə bu sınaqdan çıxacağıq”, - deyə Paşinyan bildirib.

Xəbər 2402 dəfə oxunub.



13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +