200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


06.11.2021  16:08 

Şavkat Mirziyoyev and içdi





A+  A-

Bu gün Özbəkistan parlamenti Ali Məclisi və Senatının birgə iclasında yenidən seçilən Özbəkistan Prezidenti Şavkat Mirziyoyevinn andiçmə mərasimi keçirilib.

XezerNews.az xəbər verir ki, mərasimdə Ali Məclisin və Senatın üzvlərindən başqa nazirlər, dövlət strukturlarının nümayəndələri, səfirlər, beynəlxalq təşkilatların təmsilçiləri, elm, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak edib.

Mərasimə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də qatılıb.

Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayev prezident seçkiləri barədə danışıb. Bildirib ki, Şavkat Mirziyoyev seçicilərin 80,4 faizinin səsini qazanıb. Sonra o, yeni prezident vəsiqəsini Şavkat Mirziyoyevə təqdim edib.

Özbəkistanın Prezidenti Şavkat Mirziyoyev Vətənə və xalqa sədaqət andı içib.

O, çıxışında son illər Özbəkistanda həyata keçirilən iqtisadi layihələr, demokratik islahatlar haqqında söhbət açıb, xalqın həyat şəraitinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb.



Xəbər 1925 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +