Rusiya ordusuna məxsus yük qatarı partladılıb
Ukraynaya raket hücumu: Ölən və yaralananlar var
Sabahın havası açıqlandı
Qazaxıstan Prezidentindən təbrik teleqramı
Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb


10.08.2017  10:08 

“Sahil” stansiyasının bağlanması haqda açıqlama





A+  A-

Metronun "Sahil" stansiyası əsaslı təmir işlərinin aparılması məqsədilə bağlanacaq.
“Bakı Metropoliteni”ndən XəzərNews.az-a daxil olan məlumata görə, metropolitenin 1967-ci ildə istismara verilən ilk 5 stansiyasından biri olan «Sahil» stansiyasında eskalatorların istismar müddəti başa çatıb və onların yeniləri ilə əvəzlənməsi zərurəti yaranıb.

Dövlət proqramına uyğun olaraq, «Sahil» stansiyasında aparılacaq əsaslı təmir müddətində quraşdırılmış «LT-3» tipli 3 eskalator sökülərək, yerində Almaniyanın «ThyssenKrupp Fahrtreppe» şirkətinin «Viktoriya» tipli 4 eskalatoru quraşdırılacaq.

Qeyd edək ki, buna qədər «28 May» stansiyasında aparılmış yenidənqurma tədbirləri çərçivəsində sökülmüş 3 eskalatorun əvəzinə onların yeni tipli 4 analoqu quraşdırılıb. «Sahil» stansiyasında quraşdırılacaq eskalator əvvəlki nəsil eskalatorlardan bir çox üstünlükləri ilə fərqlənəcək.

Eskalatorların sökülüb-quraşdırıldığı müddətdə stansiyanın əsaslı təmir olunması da nəzərdə tutulub. Bu işlər çərçivəsində stansiyanın mərmər-qranit örtüyü, istismar müddətini başa vurmaqda olan, köhnəlmiş və müasir dövrün tələblərinə cavab verməyən avadanlıqlar yenilənəcək.

Eskalatorların yenisi ilə əvəzlənəcəyi və əsaslı təmir işlərinin yerinə yetiriləcəyi müddət ərzində, birçıxışlı olduğu üçün, “Sahil” stansiyasının bağlanması zərurəti yaranıb.

Qeyd edilənləri nəzərə alaraq, “Bakı Metropoliteni” QSC sərnişinlərin diqqətinə çatdırır ki, «Sahil» stansiyası 20.08.2017-ci il tarixindən sərnişinlərin giriş-çıxışı üçün bağlanacaq və qatarlar bu stansiyada dayanmadan «İçərişəhər» və əks istiqamətdə hərəkət edəcək. Təmir işlərinin 2018-ci ilin iyun ayının sonlarına qədər yekunlaşdırılması nəzərdə tutulur.

Xəbər 1653 dəfə oxunub.



25.05.2025  12:51 

Sabahın havası açıqlandı

25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!


BÜTÜN XƏBƏRLƏR +