Araz Musayevi bıçaqlayan beş nəfər saxlanılıb
Zelenski Hakan Fidanı qəbul edib
Putin üçlü görüşə hazırdır? - Açıqlama
İcra ödənişləri 10 dəfəyədək artırılır
Vüsal Aslanov Aparat rəhbərini işdən çıxardı
MM-in növbədənkənar sessiyası çağırılıb
Müdafiə Nazirliyi erməniləri təkzib etdi
Mənimsəmə: Birinə həbs, digərinə ev dustaqlığı...
Hakan Fidan Kiyevə səfər edib
Sabah 36 dərəcə isti olacaq


19.02.2024  15:58 

“İndi yaxşıyam, təhlükə keçdi” - Cavanşir Quliyev





A+  A-

“İndi yaxşıyam. Təhlükə keçdi. Zamanında müraciət olunduğu üçün hər şey zərərsiz bitdi”.

Xəzərnews.az xəbər verir ki, bu sözləri bir neçə gün öncə Türkiyədə cərrahiyyə əməliyyatı keçirən Azərbaycanın tanınmış bəstəkarı Cavanşir Quliyev “Günün Səsi”nə açıqlaması zamanı bildirib.

“Çünki kifayət qədər ağır vəziyyət idi. Həkimlərin yüksək peşəkarlığı burada rol oynadı. Vaxtında müraciət, arxadan gələn dəstək - hamısı bu nəticəni verdi. Hazırda yaxşı vəziyyətə gəlib çatmışam. Hətta ondan da yaxşı vəziyyətə gəldim. Çünki bilmədiyim gizli sağlıq problemlərim də var imiş. Onlar da üzə çıxdı və həll etdilər. Sabaha, ya bu günə buraxılacağam. 4-5 gün evde qalacağam. Sonra Bakıya qayıdacağam. Hər kəsə diqqətinə görə minnətdaram. Heç kəsə cavab verə bilməsəm də, hamısını mənə deyirdilər. Açığı bu qədər dəstəyi heç gözləmirdim”, - deyə bəstəkar vurğulayıb.

Qeyd edək ki, fevralın 12-si Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin ölüm xəbəri yayılmışdı. Onun İstanbulda müalicə aldığı xəstəxanada vəfat etdiyi bildirilsə də, məlumatın yanlış olduğu məlum olmuşdu. Bəstəkarın müalicəsinə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən dəstək göstərilib.

Xəbər 1303 dəfə oxunub.




30.05.2025  15:47 

Zelenski Hakan Fidanı qəbul edib

30.05.2025  13:29 

Hakan Fidan Kiyevə səfər edib

30.05.2025  12:28 

Sabah 36 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +