200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


29.01.2021  20:56 

Bu gün daha 130 azərbaycanlı Rusiyadan ölkəmizə buraxıldı





A+  A-

Müəyyən fasilədən sonra bu gün pandemiya səbəbindən Rusiyadan qayıda bilməyən Azərbaycan vətəndaşlarının ölkəyə girişinə icazə verilib.
XəzərNews.az Modern.az-a istinadən xəbər verir ki, Dağıstan ərazisindən Azərbaycan -Rusiya sərhədində yerləşən Samur sərhəd keçid məntəqəsinə gələn Azərbaycan vətəndaşlarının ölkəyə buraxılmasına artıq başlanılıb. TƏBiB-in Qusar Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Baş direktoru Mübariz Zeynalov və tibbi briqadası Azərbaycana gələn vətəndaşlarımızın koronavirusa qarşı ilkin müayinəsini aparıb,test nümunəsi götürüblər.

Bu gün təxminən 232 nəfər Azərbaycan vətəndaşının Rusiyadan Azərbaycana keçməsi gözlənilsə də 130 nəfər gəlib. Ölkəyə gətirilən vətəndaşlarımız tam müayinə baş çatdıqdan sonra BDU-nun Qubanın İkinci Nügədi kəndindəki istirahət mərkəzində karantinə alınıblar.

Qeyd edək ki, Rusiyadan Azərbaycan vətəndaşlarının ölkəyə gəlişinə sonuncu dəfə 2020-ci il dekabrın 18-də icazə verilmişdi.

Xəbər 2119 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +