200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


04.09.2019  10:29 

“Bu mənzillər jurnalistlərindir!” - Əflatun Amaşov





A+  A-

Prezident İlham Əliyevin sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş 2-ci binadakı mənzillərə çıxarışların (“kupça”) verilməməsi müzakirə mövzusuna çevrilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidməti avqustun 7-də binanın istismarına icazə verildiyini bəyan edib. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi isə KİV-ə Dövlət Dəstəyi Fondunun müvafiq sənədləri onlara təqdim etmədiyi üçün “kupça”nın verilmədiyini elan edib.

Bu gün Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli bildirib ki, jurnalistlərə verilən evlər xidməti ev kimi bir şeydir.

XəzərNews.az xəbər verir ki, yaranmış məsələyə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov münasibət bildirib.

Əflatun Amaşov “Yeni Çağ”a deyib ki, həmin mənzillər Pezident İlham Əliyevin Azərbaycan jurnalistlərinə əvəzsiz hədiyyəsidir:

“Bu eyni zamanda Azərbaycan dövlətinin media siyasətinin mühüm tərkib hissəsidir. Bina jurnalistlər üçün tikilib. Verilən mənzillər də jurnalistlərindir. O ki qaldı sənədləşmə məsələsinə, narahatçılığa əsas olmamalıdır. Yaranmış məsələ qanunlarımız çərçivəsində öz həllini tapacaqdır”.

Xəbər 1230 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +