200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


12.06.2017  20:43 

Dünyanın ən böyük smartfonu satışa çıxarılacaq





A+  A-

Çinin “Xiaomi” şirkətinin rəhbəri Ley Tszyun yeni 7 düymlü smartfonun yaradılacağını bəyan edərək prioritetin qurğunun bir əldə rahat tutulması olacağını qeyd edib.
XəzərNews.az ICTnews-a istinadən xəbər verir ki, 10 il əvvəl smartfonların orta statistik diaqonalı təxminən 3,5-4 düymə bərabər olub.

Bu gün 5 düymlü qurğu ilə insanları təəccübləndirmək qeyri-mümkündür. “Xiaomi” ötən il istifadəçilər arasında çox populyar olan 6,44 düymlü ekrana malik “Mi Max” smartfonunun satışlarına başlayıb. Bunun məntiqi davamı olaraq cari ildə yeni “Mi Max 2” versiyasının buraxılması qərara alınıb.

Model “Xiaomi Mi6” smartfonunda olduğu kimi, yenilənmiş kamera prosessoru, tutumlu və güclü akkumulyator, “USB Type-C” çıxışı və s. fərqli versiyalarla təchiz edilib. Sonra şirkət daha böyük ekranlı qurğunun istehsalı ilə bağlı qərar qəbul edib. Şirkət rəhbəri vurğulayıb ki, 6,44 düym əlin içinin ölçüsünə tam uyğun gəlməsi səbəbindən optimal versiyalar arasında ən böyük ölçü hesab edilir.

Həmçinin, bildirilib ki, qurğunun böyük ölçülərinin narahatlığını kompensasiya edən texnologiyanın icad ediləcəyi təqdirdə 7 düymlü diaqonal da yaratmaq mümkün olacaq.



Xəbər 1355 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +