“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


10.01.2020  12:05 

Ağdaşda narkotacirlər saxlanıldı





A+  A-

Ağdaşda narkotacirlər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Ağdaş rayon sakin Cavad Kərimov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan və idarə etdiyi avtomobildən kibrit qutularında və kağız bükümlərdə ümumi çəkisi 32,75 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. C.Kərimovun ətrafında davam etdirilən əməliyyat tədbirləri ilə üzərində daşıdığı narkovasitəni rayonun Pirəzə kənd sakini Əfqan Abdullayevdən aldığı müəyyən olunub. Ə.Abdullayevin yaşadığı evə baxış keçirilən zaman həyətyanı sahədəki tikilidən 218,22 qram qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb. C.Kərimov və Ə.Abdullayev şübhəli şəxs qismində saxlanılıblar.

Faktla bağlı Ağdaş RPŞ-də araşdırma aparılır.

Xəbər 1387 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +