Gömrük Komitəsinin daha iki əməkdaşı həbs edildi
İlham Əliyev Paşinyanla görüşdü - Kopenhagendə -VİDEO
Bakıda sahibkar 12 yaşlı oğlana təcavüz edib
ABŞ-dan Ukraynaya DƏSTƏK
Xəzərdə azalmalar müşahidə olunur -VİDEO
ABŞ İrana sanksiyalar tətbiq edir?
Paşinyan Ermənistanın KTMT-dən çıxdığını ELAN ETDİ
Prezident “Qarabağ“ı təbrik edib -FOTO
“Qarabağ” qalib gəldi: 2:0
İlham Əliyev Danimarkaya işgüzar səfər edib


05.01.2021  17:32 

Səfərbərlik Xidməti məlumat yaydı





A+  A-

Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 22-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında” Sərəncama əsasən 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986-2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilmiş qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlanılıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, SHXÇDX tərəfindən çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması yanvarın 30-dək davam edəcək.

Çağırışçılar müddətli həqiqi hərbi xidmətə Azərbaycan əsgəri olmaq kimi şərəfli bir missiyanı yerinə yetirəcəkləri üçün qürur hissi ilə yola düşürlər.

Xəbər 3512 dəfə oxunub.




02.10.2025  09:35 

ABŞ-dan Ukraynaya DƏSTƏK

01.10.2025  21:15 

“Qarabağ” qalib gəldi: 2:0

01.10.2025  12:20 

Durovu qonşusu zəhərləyib?


BÜTÜN XƏBƏRLƏR +