Azərbaycanın iqtisadi “liderliyi”: Şişirdilmiş illüziyalar
Kommunikasiyaların vacibliyini bir daha təsdiqlədik - Paşinyan
“Gənclik Moll“da həyacan siqnalı -VİDEO
“Oliqarx Baku” – Müştəri sağlamlığı üçün açıq risk məkanı
İntim videolar çəkən FHN polkovniki azadlıq üçün darıxır
Məktəblərdə pul yığılması halları var - Nazirdən etiraf
Prezidentlər ABŞ-də xatirə fotosu çəkdirdi
Rusiyada azərbaycanlı iş adamının başı dərddə
Adnan Əhmədzadənin aktivləri Yusif Məmmədova keçdi
Məktəblərdə müəllimlər günü adı altında şıdırğı pul yığımı - Video


10.03.2020  13:43 

Komitə sədrlərinin də adı məlum oldu - Siyahı





A+  A-

Milli Məclisin komitələrinə sədrlik edəcək şəxslərin kimliyi məlum olub.
XəzərNews.az xəbər verir ki, Milli Məclisin Sədri Sahibə Qafarova komitə sədrliyinə namizədlikləri irəli sürülən deputatların adlarını oxuyub və məsələ səsə qoyularaq qəbul edilib.

Deputat Əli Hüseynli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin,

Ziyafət Əsgərov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin,

Tahir Mirkişili İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin,

Sadiq Qurbanov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin,

Tahir Rzayev Aqrar siyasət komitəsinin,

Musa Quliyev Əmək və sosial siyasət komitəsinin,

Siyavuş Novruzov Regional məsələlər komitəsinin,

Bəxtiyar Əliyev Elm və təhsil komitəsinin,

Qənirə Paşayeva Mədəniyyət komitəsinin,

Zahid Oruc İnsan hüquqları komitəsinin,

Səməd Seyidov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin,

Əhliman Əmiraslanov Səhiyyə komitəsinin,

Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsinin,

Fəzail İbrahimli İctimai birliklər və dini qurumlar komitəsinin,

Adil Əliyev Gənclər və idman komitəsinin sədri təsdiq edilib.

Deputatlar: Əli Məsimli İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, Sevinc Fətəliyeva Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Musa Qasımlı Elm və təhsil komitəsinin sədr müavini, Rəşad Mahmudov Səhiyyə komitəsinin sədr müavini, Sabir Hacıyev Aqrar siyasət komitəsinin sədr müavini, Fazil Mustafa Mədəniyyət komitəsinin sədr müavini, Jalə Əliyeva Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, Məlahət İbrahimqızı Əmək və sosial siyasət komitəsinin sədr müavini, Qüdrət Həsənquliyev Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Hikmət Məmmədov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Tahir Kərimli İnsan hüquqları komitəsinin sədr müavini seçiliblər.

Bununla da altıncı çağırış Milli Məclisin birinci iclası başa çatıb.

Qeyd edək ki, parlamentin növbəti iclası martın 17-də keçiriləcək.

Xəbər 3128 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.09.2025  00:00 

Azərbaycanda Anım Günüdür

26.09.2025  15:23 

Marqarita Simonyanın əri öldü

26.09.2025  15:18 

Bakıda torpaq 20 faiz bahalaşdı


BÜTÜN XƏBƏRLƏR +