Sabah axşam bəzi yerlərdə yağış yağacaq
Sumqayıt şəhərində avtobus yanıb
“Qiymət artımı ilə bağlı açıqlama vətəndaşları narazı salır”
Prezident: “Dərhal vurmayacağıq”
Ukrayna Rusiyanın Mi-28 helikopterini vurdu
Deputat Anım Gününü səhv saldı, xalqı təbrik etdi
Azərbaycanlıların kəndləri su altında qaldı
Stəkana tüpürüb müştərilərə çay süzdü - Şəkidə
Tramp Rusiyaya zərbələr endirməyə icazə verdi
Nazir rüşvətə görə ölüm cəzasına məhkum edildi


30.05.2018  15:21 

Azərbaycanda həkimlərin sayı azalır





A+  A-

"Azərbaycanda həkimlərin sayı getdikcə azalır"
XəzərNews.az xəbər verir ki, bunu İTSDA -nın Səhiyyə departamentinin səhiyyə siyasəti və kliniki kodlaşdırma şöbəsinin müdiri Şərafət İsmayılova "Ailə həkimi İnstitutunun inkişafının yeni mərhələsində icbari tibbi sığortanın rolu" mövzusunda keçirilən tədbirdə deyib.

O, bildirib ki, 2005-ci ilə qədər Azərbaycanda tibbi kadrların sayı yetərincə olub: "Lakin bu tendensiya azalmağa doğru gedir. Həmçinin orta tibb işçilərinin də sayında azalma müşahidə edilir. Orta tibb işçiləri hazırlayan müəssisələrin çox olmağına və orada oxuyanların olmasına baxmayaraq, azalma tendensiyası davam edir. Bununla bağlı müəyyən dəyişiklər və stimullaşdırıcı tədbirlər görülməsə, Azərbaycan tibbi kadrlar çatışmazlığı ilə üzləşə bilər".

Ş. İsmayılova qeyd edib ki, ÜDM-nin 4 faizinin səhiyyə xərcləri üçün ayrılması kifayət deyil: "Bu, orta Avropa ölkələrinin göstəricisindən aşağıdır. Azərbaycanda xəstələnmə göstəricisində də artım müşahidə edilir. Həmçinin ölkədə 2006-ci ilə nisbətən ölüm tendensiyası da yüksəkdir".

Xəbər 2907 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.09.2025  00:00 

Azərbaycanda Anım Günüdür


BÜTÜN XƏBƏRLƏR +