Sabah axşam bəzi yerlərdə yağış yağacaq
Sumqayıt şəhərində avtobus yanıb
“Qiymət artımı ilə bağlı açıqlama vətəndaşları narazı salır”
Prezident: “Dərhal vurmayacağıq”
Ukrayna Rusiyanın Mi-28 helikopterini vurdu
Deputat Anım Gününü səhv saldı, xalqı təbrik etdi
Azərbaycanlıların kəndləri su altında qaldı
Stəkana tüpürüb müştərilərə çay süzdü - Şəkidə
Tramp Rusiyaya zərbələr endirməyə icazə verdi
Nazir rüşvətə görə ölüm cəzasına məhkum edildi


29.05.2018  12:34 

Dövlət İmtahan Mərkəzi işçi axtarır





A+  A-

Dövlət İmtahan Mərkəzi (DİM) fənlər üzrə yoxlama-ölçmə materiallarının hazırlanmasını bacaran mütəxəssislərin işə qəbulunu elan edib.
DİM-dən XəzərNews.az-a verilən məlumata görə, işəgötürülənlərin vəzifəsi, əmək haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur.

Mütəxəssislərin funksiyaları test tapşırıqlarının, qiymətləndirmə meyarlarının və digər yoxlama-ölçmə materiallarının tərtibi, ekspertizası, yazı işi tapşırıqlarının qiymətləndirmə meyarları əsasında qiymətləndirilməsindən ibarətdir.

Mütəxəssislər Azərbaycan dili, rus dili, riyaziyyat, fizika, tarix, kimya, biologiya, coğrafiya, informatika, xarici dil (ingilis, rus, alman, fransız) ixtisaslardan biri üzrə ən azı bakalavr təhsilinə malik olmalı, Azərbaycan dilini mükəmməl bilməli, yeni təhsil proqramları (kurikulumlar) üzrə məlumatlı olmalıdırlar.

Onlar, həmçinin “Microsoft Office” proqramlarında yüksək səviyyədə işləməyi bacarmalı, riyaziyyat, fizika, tarix, kimya, biologiya, coğrafiya, informatika ixtisaslı mütəxəssislər rus dilini yaxşı bilməlidirlər.

Müvafiq sahədə iş təcrübəsi olan şəxslərə və ixtisası üzrə rus dilinə tərcümə etməyi bacaranlara üstünlük verilir.

Maraqlanan şəxslər CV-lərini iyunun 30-dək [email protected] elektron poçt ünvanına göndərmələdirlər.

Xəbər 3023 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.09.2025  00:00 

Azərbaycanda Anım Günüdür


BÜTÜN XƏBƏRLƏR +