Altı rayona prokurorlar təyin edilib
PA-nın bu işçiləri də diplomatik pasport əldə edəcək
Rusiyaya yeni giriş qaydaları qüvvəyə minir
Rusiya İranın bu hərəkətindən narahatdır
Qaçaqmal yolu ilə qızıl keçirən sabiq gömrükçülər azadlıqda...
“Kino var?.. - Olmayan şey haqqında nə danışım?
Əməliyyatdan sonra qızın qulağı çürüdü - Bakıda
Yük avtomobilləri kütləvi şəkildə cərimələnir - Video
Bayram günlərində hava necə olacaq?
Si Cinpin BRİKS sammitində iştirak etməyəcək


24.06.2025  10:24 

Sabiq partiya sədrinin oğlunun ölüm səbəbi açıqlandı





A+  A-

Bir neçə ay əvvəl bağlanan “Azadlıq” partiyasının sədri Əhməd Orucun oğlu Günxanın qəfil ölümü ilə bağlı bəzi detallar üzə çıxıb.

G.Oruc bir müddət əvvəl işlədiyi şirkətdə yıxılaraq çanaq sümüyündən xəsarət alıb.

Dostları bildiriblər ki, həmin vaxtdan Günxan Oruc müalicə alırmış və 20 gün əvvəl Mərkəzi Gömrük Hospitalında əməliyyat olunduqdan sonra ona gips qoyulub.

Dünən isə ailəsi Günxanı müayinə üçün həmin xəstəxanaya aparıb. Xəstəxanada həkim gipsi açıb və G.Oruc ayağını tərpədən kimi şok keçirib.

Şokun təsirindən huşu gedən gəncə ürək masajı olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mərhumun 2 azyaşlı övladı qalıb./Bakupost.az

Xəbər 200 dəfə oxunub.




25.06.2025  10:05 

VAHİD AZƏRBAYCANI UNUDUN!

24.06.2025  18:40 

Anadolu incisi - Bitlis


BÜTÜN XƏBƏRLƏR +