200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


07.04.2022  11:48 

Əjdər Ol işə necə gəlirmiş?.. - Təsvir





A+  A-

Tanınmış prodüsser Oqtay Əliyev Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Aparatının keçmiş rəhbəri, şair Əjdar Olun üzə çıxan mülkləri ilə bağlı sosial şəbəkələrə aparılan müzakirələrə qoşulub.

XəzərNews.az xəbər verir ki, Oqtay Əliyev "Bu da başı xınalı "sair"!" başlığı ilə yazdığı rəydə Əjdər Olun mətbuatda yayılan milyonluq mülkləri sırasında nədənsə Nəsrəddin Tusi Klinikasının arxasında, dəyəri 2-3 miliyon olan "Villa şəhərciyi"ndə olan villasının qeyd olunmasını vurğulayıb.

Daha sonra Oqtay Əliyev Əjdər Olun məmur işlədiyi dövürlərə qayıdaraq onun işə gəlmə mərasimini bir tamaşa adlandırıb:

"Birdən birinici mərtəbədə qaça-qaça düşürdü. Resepşində olan vətəndaşları itələyib çölə tökürdülər. Sonra xadimələr döşəməni silir, havaya ayrazol püskürdürdülər. Polis yola qaçıb maşınları nizamlayırdı. Bir necə əməkdaş bayırda qapının yanında düzülürdülər. Texnik liftin düyməsini sıxıb saxlayırdılar. Polis maşının qapısını açırdı. Köməkçi çantasını götürürdü. Ə.Ol ağır-ağır addımlarla pillələri qalxıb, qaşlarını çatıb, alnını düyünləyib, əmrə müntəzir duranlara tapşırıq və tövsiyyələrini verib liftə girirdi. Amma onun yorğunluğu heç də iş yorğunluquna oxşamırdı. Bu səhərə kimi məclisdə kiminsə şəninə şeir deyib dəridən - qabıqdan cıxmış, vurmuş adama oxşayırdı".



Xəbər 2017 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +