200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


05.08.2017  11:07 

Direktor haqda həbs qərarı dəyişmədi





A+  A-

Bakı Apellyasiya Məhkəməsində “VEDI-E” MMC-nin direktoru Qoşun Rəhimovun barəsindəki hökmdən verilən şikayət üzrə məhkəmə prosesi yekunlaşıb.
Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, 29 nəfər zərərçəkən 2007-2008-ci illərdən etibarən “VEDI-E” MMC-nin Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi binada mənzil almaq üçün adıçəkilən şirkətlə müqavilə bağlayıblar.

Sonradan mənzillərin təkrarən ayrı-ayrı vətəndaşlara saxta müqavilələr əsasında satıldığı məlum olub. Bu yolla vətəndaşlara 305 min manat məbləğində ziyan vurulub. Fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

“VEDI-E” MMC-nin direktoru Qoşun Rəhimov məsuliyyəti “SAFARI-N” MMC-nin üzərinə atıb. Bəlli olub ki, bu işdə “VEDI-E” MMC podraçtı, “SAFARI-N” MMC isə sifarişçidir. Bu şirkətin direktoru isə “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundovun qardaşı İmran Axundovdur.

İlkin istansiya məhkəməsi olan Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Rəhimovun hokum ilə Q.Rəhimov 6 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.

(qafqazinfo.az)

Xəbər 1874 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +