200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


13.01.2025  13:34 

Bəxtiyar Hacıyevə 10 il həbs verildi





A+  A-

İctimai fəal Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb

Xəzərnews.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Bəxtiyar Hacıyev ittiham olunduğu maddələrlə təqsirli bilinib, ona cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 10 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Hökmdən əvvəl müttəhim son sözündə özünü təqsirli bilmədiyini təkrarlayıb.


Qeyd edək ki, Bəxtiyar Hacıyev iki il əvvəl polis tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

O, Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 320.1 (rəsmi sənəd saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 206-cı (qaçaqmalçılıq) və 213.1-ci (vergidən yayınma), 221.2.2 (xuliqanlıq), 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələri ilə ittiham edilir.

Xəbər 1976 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +