Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


04.08.2022  15:42 

Niyə biz xoşbəxt ola bilmirik? - Renka





A+  A-

Rəqqasə Renka sosial şəbəkə paylaşımı ilə bütün diqqətləri üzərinə toplayıb.

XəzərNews.az baku.ws-ə istinadən bildirir ki, o, instaqram səhifəsində boşanmış xanımların subay bəylərlə ailə qurmasından danışıb. Renka bu münasibətə birmənalı baxılmadığını, boşanan qadınlara cəmiyyətdə xor baxılmasından danışıb:

"O vaxt uşaqlarımın atası ilə ayrılanda lap pis baxırdılar. Hətta bir il qızımdan gizli saxladıq. O, öz həyatını yaşadı, mən isə öz həyatımı. Həmişə demişəm, deyəcəm də. Çox sağ ol ki, mənə belə gözəl balalar verdin. Qaldı ki, Azərbaycanda boşanmış qadın dəhşətdir. "Bir uşaqla səni alan kimdir?", "Sənə yiyə duran kimdir?" Başa düşmədim, mənim özümə nə gəlib? Məgər o qədər zəifəm? İkinci dəfə bir uşaqla evləndim, "utanmır, övladı var, ərə gedir".

Başa düşmədim, mən adam deyiləm? 26-27-28 yaşında boşanmışam, demək artıq özümə "stop" qoymalıyam? Mən də qadınam, qayğı, nəvaziş istəyirəm, evdə divara mismar vurub xırda şeylərə mənə dəstək olmağını istəyirəm.

"Yazıq oğlan boşanmış qız alıb, ailəsi ondan imtina edib, həyatı puç oldu". Niyə axı, niyə? Niyə biz xoşbəxt ola bilmirik? Niyə biz burnumuzu başqasının həyatına soxmalıyıq?"

Xəbər 4300 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +