Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


26.11.2020  17:31 

Erməni müxalifəti Paşinyana impiçment tətbiq etməyə çalışacaq





A+  A-

Ermənistan müxalifəti ölkədə hərbi vəziyyət ləğv olunduqdan sonra Baş nazir Nikol Paşinyana impiçment tətbiq etməyə çalışacaq.
XəzərNews.az xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” müxalifət fraksiyasının üzvü Şake İsayan bu gün parlamentin fövqəladə iclasında deyib.

“Hədəfimiz açıq və şəffafdır - elan edilmiş hərbi vəziyyət ləğv edilməlidir, bundan sonra hamımız baş nazir kreslosunda oturan şəxsə impiçment tətbiq etməliyik”,- deyə İsayan qeyd edib.

Onun sözlərinə görə, hərbi vəziyyət rejiminin qorunması kapitulyasiya sənədinin imzalanmasından sonra obyektiv olaraq ortaya çıxmalı olan prosesləri məhdudlaşdırmaq üçün edilmiş acınacaqlı bir cəhddir.

“Heç nəyi şişirtmədən, bu gün ya Nikol Paşinyanı kənarlaşdıracağıq, ya da Ermənistanı itirəcəyik”,- deyə İsayan sözlərinə əlavə edib.

Xəbər 2004 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +