“Şəki” restoranına milyonluq kompensasiya
"Bandotdel” əməliyyat keçirdi: Saxlanılanlar var
Bakıda yeniyetmə qız itkin düşüb
Əliyevin Orbanla görüşü olub... - Məhdud tərkibdə
Tramp qudasını Fransaya səfir təyin edib
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Rusiyaya qarşı 17-ci sanksiyalar paketi təsdiqləndi
TƏBİB rəhbəri narazı stamotoloqları qəbul edəcək
Beş nəfər xəsarət alıb, 3-nün vəziyyəti ağırdır... - Partlayış
İlham Əliyev Macarıstana işgüzar səfərə gedib


24.11.2023  20:36 

Naxçıvanda yeni məktəb istifadəyə verilib





A+  A-

Noyabrın 24-də Naxçıvanın Ordubad rayonunun Azadkənd tam orta məktəbi istifadəyə verilib.

Xəzərnews.az xəbər verir ki, açılış tədbirində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev iştirak ediblər.

Məlumat verilib ki, 2000-ci ildə tikilən 288 yerlik məktəb binası bu il əsaslı təmir olunub. 3 mərtəbəli təhsil ocağında 16 sinif otağı, fizika, kimya və biologiya laboratoriyaları, şahmat sinfi, kompüter və müəllim otaqları, hərbi kabinə, STEAM otağı, kitabxana, bufet və idman zalı yerləşir. Məktəbdə 23 kompüter və 4 elektron lövhə quraşdırılıb, internetə çıxış təmin edilib.

Məktəbin müəllimləri ilə görüş zamanı səlahiyyətli nümayəndə Fuad Nəcəfli Naxçıvan təhsilinin hər zaman ümumölkə səviyyəsində qabaqcıl yerlər tutduğunu və ali məktəblərə qəbul göstəricilərinin yüksək olduğunu qeyd edib.

Elm və təhsil naziri Emin Əmrullayev kollektivi təbrik edərək, Naxçıvanda yaxşı təhsil ənənələrinin olduğunu bildirib. Qeyd olunub ki, belə müasir məktəb binalarının istifadəyə verilməsi bu ənənələrin innovativ yeniliklər əsasında daha da təkmilləşdirilməsinə imkan verəcək.

Vurğulanıb ki, hazırda Azadkənd tam orta məktəbində 155 şagird təhsilini davam etdirir. Onların təlim-tərbiyəsi ilə məşğul olan 22 müəllimdən 4-ü işə qəbul üzrə keçirilən müsabiqə vasitəsilə təyin olunmuş gənc müəllimlərdir.

Məktəbin həyətində açıq idman qurğuları və qazanxana tikilib, yaşıllıq sahəsi yaradılıb.

Həmin gün Ordubad şəhər internat tam orta, texniki peşə və sürücülük məktəblərinə də baxış olub./ Report











Xəbər 1349 dəfə oxunub.




20.05.2025  13:12 

Sabahdan istilər başlayır

20.05.2025  11:38 

Sibiqa Brüsselə gedir

19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO


BÜTÜN XƏBƏRLƏR +