YouTube platformasında yenilik var...-Mütəxəssisdən AÇIQLAMA
Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi


21.12.2022  11:45 

Problemə 30 il səssiz qalan BMT-nin səsi indi çıxmağa başlayıb?





A+  A-

Xəbər verdiyimiz kimi, Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclasında Ermənistanın təkidi ilə Laşın yolunda keçirilən aksiya müzakirə olunub.

XəzərNews.az xəbər verir ki, siyasi şərhçi Zaur Məmmədov müzakirələr zamanı iştirakçı dövlətlərin mövqeylərini paylaşıb:

Fransa "Azərbaycanın Laçın dəhlizini bağlamasını" pisləyib və humanitar fəlakət yaratmamağa çağırdı.

BƏƏ tərəfləri sülh yolu ilə razılığa gəlməyə çağırıb.

Albaniya razılığın sülh yolu ilə əldə edilməsinə çağırıb.

Çin mülki şəxslərin hüququna hörmət etməyə və humanitar problemlər yaratmamağa çağırıb. Çin Rusiya Federasiyasının Dağlıq Qarabağdakı sülhməramlı missiyasını dəstəkləyib. ÇXR-in BMT-nin iclasındakı nümayəndəsi qeyd edib ki, "Rusiya sülhməramlıları öz tapşırıqlarını mükəmməl şəkildə yerinə yetiriblər".

ABŞ Ermənistan və Qarabağ arasında nəqliyyat əlaqələrinin bağlanmasını qəbuledilməz adlandırıb və Laçın dəhlizi ilə humanitar yüklərin daşınması da daxil olmaqla, daşımaların dərhal bərpasına çağırıb.

Böyük Britaniya Azərbaycandan Laçın dəhlizini dərhal "açmağı" tələb edib.

Rusiya Laçın dəhlizi ilə hərəkətin mümkün qədər tez bərpa olunmasının vacibliyini bəyan edib.

Qeyd edək ki, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev iclasda çıxış edərək Ermənistanın dövlət tərəfindən idarə olunan manipulyasiya, təhrif və saxtakarlıq kampaniyasına görə Təhlükəsizlik Şurasından sui-istifadə etməsindən dərin təəssüf hissi keçirdiyini bildirib.

Yaşar Əliyev Ermənistanın BMT yanında daimi nümayəndəliyi tərəfindən Azərbaycana qarşı irəli sürülən bütün iddiaları qətiyyətlə rədd edib, bunların tamamilə yalan, əsassız olduğunu bildirib.

Daimi nümayəndə deyib ki, Ermənistanın və bəzi Şura üzvlərinin səhvən “Dağlıq Qarabağ” adlandırdıqları Qarabağ Azərbaycanın 30 ilə yaxın müddətdə erməni işğalı altında olan beynəlxalq səviyyədə tanınmış suveren regionudur və bu, Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində bir daha təsdiq edilib.Azərbaycanın bu ərazisinin hüquqi adı hazırda Qarabağ İqtisadi Rayonu və ya qısaca ekvivalenti ilə Qarabağ bölgəsidir. Laçın yolu ətrafındakı vəziyyətə gəlincə, Y.Əliyev bir daha xatırladıb ki, Azərbaycan Ermənistanın bütün iddialarını qətiyyətlə rədd edir. Laçın yolu tamamilə Azərbaycanın ərazisində, onun Laçın rayonunda yerləşir. Bu rayon 1992-ci ilin mayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. 77 mindən çox sakini olan Laçının əhalisi öz yurdlarını və evlərini tərk etmək məcburiyyətində qalıb, şəhər və ətraf kəndlər Ermənistan ordusu tərəfindən talan edilərək yandırılıb.

Diqqətə çatdırılıb ki, iki il əvvəl 44 günlük müharibədən sonra üçtərəfli Bəyanatın 6-cı bəndinə uyğun olaraq, Laçın rayonu Azərbaycana qaytarılarkən dövlətimiz Laçın yolunda hərəkət edən insanların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyinə zəmanət verib.

XəzərNews.az

Xəbər 1285 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +