Lavrov və Rubio arasında görüş planlaşdırılır
Pezeşkian Şahin Mustafayevi qəbul edib
Tramp Zelenski ilə görüşəcək
Prezident ABŞ-də görüşlər keçirdi - Foto/Yeniləndi
Fransa Fələstini dövlət kimi tanıyıb
Prezident və xanımı ABŞ-də -FOTO
Ankara-Bakı reysi niyə təcili eniş edib?
Mühüm sənədlər imzalanacaq - Cabbarov
İcra başçısına ağır itki üz verib
Leysan yağışları Astarada fəsadlar yaratdı


20.11.2017  09:37 

“Bu nə tərbiyəsizlik, nə əxlaqsızlıq?“





A+  A-

"Şəhriyarın büstünün İranda bu vəziyyətə salınmış fotolarına hiddətlə, ağrıyla, üzüntü ilə baxdım. Bu nə tərbiyəsizlik, nə əxlaqsızlıq? Böyük Şəhriyar bütün millətimizin böyük sevgisini qazanmış ustad şairimizdir. “Heydərbabaya salam” bizim üçün hər zaman yanğıyla, gözyaşıyla, özləmlə, həsrətlə əzbər söylədiyimiz özəl bir əsərdir. Şəhriyar Bakı ilə Təbrizi birləşdirən bir körpüdür. Bizim evimizdə də qapıdan daxil olan hər insanı ilk onun fotosu qarşılayardı. Hətta məktəb yoldaşlarım ilk zamanlar elə bilirdilər ki, o, babamın şəklidir. Onlara atamın anlatdığı Şəhriyarı anladardım".
XəzərNews.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva İranda Şəhriyarın büstünə qarşı edilən hərəkətlərə münasibətində yazıb.

Millət vəkili vurğulayıb ki, bunu edənləri, bunu edənlərə qarşı ciddi cəza tədbirləri görməyənləri də, bu vəziyyəti düzəltməyənləri də qınayır:
“Günü sabah bununla bağlı İran İslam Respublikasının Azərbaycandakı səfirinə zəng edib, etirazımızı bildirəcəm və bu vəziyyətin aradan qaldırılması məsələsini xahiş edəcəm. Şəhriyara qarşı bu cür sayğısızlığı bütün azərbaycanlılar olaraq qınayırıq və bu hal təcili aradan qaldırılmalıdır. Şəhriyar Azərbaycan ədəbiyyatının ən böyük şairlərindən biridir və hər zaman sevgi ilə anılacaq”.

Qeyd edək ki, naməlum şəxslər tərəfindən böyük şair Məhəmmədhüseyn Şəhriyarın Məşhəd şəhərindəki büstünün yararsız hala salındığı haqda xəbər və foto yayılıb.

Xəbər 3169 dəfə oxunub.




23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək

22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı


BÜTÜN XƏBƏRLƏR +