Lavrov və Rubio arasında görüş planlaşdırılır
Pezeşkian Şahin Mustafayevi qəbul edib
Tramp Zelenski ilə görüşəcək
Prezident ABŞ-də görüşlər keçirdi - Foto/Yeniləndi
Fransa Fələstini dövlət kimi tanıyıb
Prezident və xanımı ABŞ-də -FOTO
Ankara-Bakı reysi niyə təcili eniş edib?
Mühüm sənədlər imzalanacaq - Cabbarov
İcra başçısına ağır itki üz verib
Leysan yağışları Astarada fəsadlar yaratdı


19.05.2017  14:25 

Dövlət universitetlərində elektron imtahan sisteminə müdaxilələr olub





A+  A-

"Bir neçə hal olub ki, dövlət universitetlərində elektron imtahan və tədris idarəetmə sisteminə müdaxilələr edilib. Universitetlərdə bəzi hallarda bunu hətta tələbələr edib. Onlar qiymətləri dəyişib və ya siliblər, şəffaflıq sistemini pozublar".
XəzərNews.az xəbər verir ki, bunu "Microsoft" şirkətinin Təhsil Proqramları üzrə meneceri Emin Axundov deyib.

O, bildirib ki, bunun nəticəsi olaraq universitetlərin fəaliyyətində iş dayanıb, onların öz işlərini yenidən bərpa etməsi üçün yeni böyük xərclər yaranıb. E.Axundov qeyd edib ki, belə halların olmaması üçün müəssisələr daxillərindəki elektron sistemləri qorumağı bacarmalıdırlar.

T.Axundov hesab edir ki, belə halla qarşılaşmaq istəməyən müəssisə istifadə etdiyi proqramların mənsəbini bilməlidir.

"Müəssisə proqram təminatını bizdən almırsa, onu pirat üsulla əldə edir. Onun işləməsi üçün pirat dediyimiz cinayətkarlar ona müdaxilə etməlidirlər ki, proqram normal işləsin. Müdaxilə nəticəsində piratların həmin sistemə nə qoyduğu bilinmir. Bunu yalnız özləri bilirlər. Belə sistemlər üçün hər zaman təhlükə olur.

Buna görə də müəssisə bilməlidir ki, proqram haradan əldə olunub, onu hansı şirkət idarə edir, onun içərisinə nə qoyub. Ona görə də proqram təminatının lisenziyalaşdırılması çox vacibdir. Müəssisələr aldıqları proqramları məhz lisenziya qaydalarına uyğun olaraq, sahibkarlardan almalıdırlar. Bildiyimə görə, elektron sistemlərinə müdaxilə olan universitetlərdə proqram təminatları lisenziya qaydalarına uyğun istifadə olunmayıb. Sistemə müdaxilənin bir səbəbi bu da ola bilər".

Xəbər 3239 dəfə oxunub.




23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək

22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı


BÜTÜN XƏBƏRLƏR +