Təzəxən Mirələmli də saxlanılıb
“Helios Airways” “kabus təyyarəsi”nə necə çevrildi?
Hüseyn Amani Nadarlı iş yerində həbs edildi
Sürücüdən “BakuBus” rəhbərliyinə ağır ittihamlar - VİDEO
Azərbaycan-Türkiyə təlimləri kimə qarşıdır? - İddia
Kafedə partlayış olub - Açıqlama
Rəzalət: Firudin Qurbansoyu kim yerində oturda bilər?
Hansı həkim sertifikasiyaya görə rüşvət verib? - SİYAHI
Əhmədzadə ilə Ələkbərovu nə birləşdirir?
Binəqədililər İcra başçısına problemlərini danışdılar


04.12.2025  14:20 

Sabiq direktorun oğlu 2,7 milyonluq tenderin qalibi oldu





A+  A-

İnnovasiya və Təchizat Mərkəzi "Xanni-2017" MMC ilə satınalma müqaviləsi imzalayacaq.

Şirkət qurumun tibbi sərf mallarının satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.

Məlum olur ki, İnnovasiya və Təchizat Mərkəzi "Xanni-2017" MMC-dən qeyri-steril əlcəklər alacaq. Buna görə şirkətə 2 724 397,45 manat ödəniləcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstəriliri ki, "Xanni-2017" MMC 11 aprel 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin hüquqi ünvanı Göygöl rayonu, Quşqara kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi İbrahimov İdris Niyazi oğludur.

"Xanni-2017” MMC-nin rəsmi internet səhifəsində yerləşdirilən məlumatdan aydın olur ki, şirkət Gəncə şəhərində fəaliyyətə başlayıb. Şirkət inşaat sektorunda, gəmiqayırma, ağac emalı sənayesində, neft emalı və başqa sahələrdə istifadə oluna bilən əlcəklər istehsalını və satışını həyata keçirir.

Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmadan məlum olur ki, şirkət 2023-cü ildə İcbari Tibbi Sığorta Agentliyi ilə satınalma müqaviləsi bağlayıb. Maliyyə dəyəri 2 304 245 manat olan müqavilədə ümumprofilli müalicə müəssisələrinin faəliyyətində istifadə olunan tibbi ləvazimatların satın alınması nəzərdə tutulub.

"Xanni-2017” MMC-nin rəhbəri İdris İbrahimova gəlincə, o, Gəncə Tibb Kollecinin keçmiş direktoru Niyazi İbrahimovun oğludur. Niyazi İbrahimov hazırda Şans Tibb Mərkəzinin Gəncə filialının ümumi cərrahıdır./Qaynarinfo

Xəbər 177 dəfə oxunub.




05.12.2025  11:32 

Ukrayna Temryuk limanını vurdu

05.12.2025  11:15 

Modi Putini əsl dost adlandırıb


BÜTÜN XƏBƏRLƏR +