Xərçənglə təkbaşına mübarizə: İcbari Tibbi Sığortanın onkoloji xəstələrə verdiyi tək şey ÜMİDDİR
“TikTok”da tanış olduğu qadının uşaqlarına dəhşətli işgəncələr verdi
İcra hakimiyyətinin sahibsiz telefonları, günü-gündən böyüyən problem - Nərimanovdan ŞİKAYƏT
Putin “Oreshnik“in Rusiyada istehsalından danışdı
Yevlaxda toyda söyüş söyən qonağı pilləkəndən atdılar
Rövnəq Abdullayev iş kabinetindən narazıdır?
Qarpız və yemişi rahat yeyə bilərsiniz
“Markov Azərbaycan agentidir“ - Zatulindən ŞOK AÇIQLAMALAR
Polis məşhur müğənnini Nardaran pirinə buraxmadı
Xəlilovlar Putini seçdi


28.07.2025  15:16 

Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?





A+  A-

Bakı şəhəri, Binəqədi şossesi 111 ünvanında yerləşən “Azadlıq City” yaşayış kompleksinin sakinləri yaşadıqları mənzilin çıxarışını ala bilmirlər. Binanın tikintisini həyata keçirən “İnam-İnşaat 555” MMC-nin rəhbəri Nazim Həsənov isə sakinlərə səbəb olaraq problemin Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən qaynaqlandığını deyir.

XəzərNews.az xəbər verir ki, bununla bağlı sakinlər Demokrat.az-a şikayət ünvanlayıblar. Sakinlərin sözlərinə görə, yaşayış kompleksi iki binadan ibarətdir, bu binalardan birinə çıxarış verilib, digərinə isə verilməyib:



“Binanın tikintisinə dair Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı var. FHN-dən binaya istismar aktı verilib. Hazırda sənədlər Şəhərsalmadadır, istismar aktı verilməlidir ki, əmlaka getsin, çıxarış ala bilək. Şəhərsalma deyir, sənədlər qaydasında deyil. Dəfələrlə qəbula olmuşuq, məktub yazılıb, qeyri-rəsmi deyirlər ki, Bakı şəhər İcra Hakimiyyəti arayış verməlidir.



Şəhərsalmada, Bakı şəhər İcra Hakimiyyətində, Prezident Aparatında qəbulda olmuşuq. Bakı şəhər İcra Hakimiyyəti deyir ki, mənzil kooperativ idarəsi var, oradan arayış alınmalıdır. Bu arayış isə qanunsuz tələbdir. Şirkət deyir, sənədləri vermişik, hər şey qaydasındadır. Şəhərsalma deyir, tam deyil, ancaq açıqlamır hansı sənəd tam deyil. Bina sahibi deyir ki, məndən qanunsuz olaraq Şəhərsalma min kvadratmetr mənzil istəyir ki, sənədləri qəbul edim”.

Məsələ ilə bağlı “İnam-İnşaat 555” MMC-nin rəhbəri Nazim Həsənovla əlaqə saxladıq. Onun sözlərinə görə, dövlət qurumu ondan qanunda olmayan sənədi tələb edir:



“Biz iki bina tikmişik. Binanın biri Binəqədi Rayon İcra Hakimiyyətinin sərəncamı ilə, digəri Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə tikilib. Binəqədi Rayon İcra Hakimiyyətinin sərəncamı ilə tikilən binaya çıxarış verilib, amma Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə tikilən binaya çıxarış vermirlər. Səbəbi biz də bilmirik. Nazirlər Kabinetinin sərəncamına görə, binanı təhvil vermək üçün bizdən tələb olunan 15–16 sənəd var. Bütün bu sənədləri biz onlayn qaydada Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin saytına yükləmişik. Deyirdilər, sənədlərdə çatışmazlıq yoxdur. Gəlib binanı yoxlayıblar, heç bir problem olmadığını deyiblər.

Bir müddət sonra zəng etdilər ki, sizin bütün sənədlər hazırdır, rüsumu ödəyin. 6 min manatdan çox rüsum ödədik. Ödəyəndən sonra dedilər, bir problem var, siz Bakı Şəhər İcra Hakimiyyətinin Kooperativlər İdarəsindən arayış almalısınız. Halbuki Nazirlər Kabinetinin sərəncamında Bakı Şəhər İcra Hakimiyyətinin adı çəkilmir. Bu məsələ belə də qaldı. Nə vaxt müraciət edirik, deyirlər ki, icradadır”.

Nazim Həsənova arayış üçün niyə müraciət etmədiyini, ondan çıxarış üçün pul tələb edilib-edilmədiyini soruşanda isə cavabı belə oldu:

“Bilmirəm nə istəyirlər. Mənə konkret deməyiblər: 1 manat ver, 5 manat ver”.

Problemlə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu ünvanladıq. Məsələ nəzarətimizdə saxlanılacaq.

Xəbər 424 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.08.2025  15:57 

Xəlilovlar Putini seçdi

01.08.2025  13:47 

Kredit kartlarına LİMİT QOYULDU

01.08.2025  11:25 

Məşhur karaoke klubu bağlandı


BÜTÜN XƏBƏRLƏR +