Novxanı işıqsız qalacaq
İsrail Netanyahunun Qəzza planını təsdiq etdi
Ali Radanın deputatı Zelenskini tənqid edib
Sabah Bakıda temperatur bir az da enəcək
Bu gün doğulan uşaq metrodan pulsuz istifadə edəcək
“Mənə toxunanları Allaha tapşırıram” - Cahangir Əsgərov DANIŞDI
“28 May”dan “Dərnəgül”ə qatar getməyəcək
Aİ liderləri Putinlə görüşməlidirlər - Təklif
Rostov PUA-ların hücumuna məruz qalıb
Xoşbəxt olmaqdan ötrü adama daha nə lazımdır ki?


04.08.2025  11:39 

Rusiya Ukraynanın Atom Elektrik Stansiyasını vurub





A+  A-

Rusiya Ukraynadakı Zaporijya Atom Elektrik Stansiyasının bir obyektini vurub, Ukrayna isə Soçidəki neft bazasına hücum edib.

XəzərNews.az yerli mətbuata istinadən xəbər verir ki, Rusiya Ukraynanın Zaporijya Atom Elektrik Stansiyasının dəstək obyektlərindən birini top atəşi və pilotsuz uçuş aparatları (PUA) ilə hədəfə alıb.

Hücum edilən ərazidən tüstülərin yüksəldiyi müşahidə olunub.

Beynəlxalq Atom Enerjisi Agentliyi (UAEA) hücum barədə məlumat verərək bildirib ki, stansiyanın rəhbərliyi agentliyin orada olan əməkdaşlarına obyektin səhər saat 09:00-dan etibarən hücuma məruz qaldığını bildirib. UAEA heyəti həmin vaxt ərazidə hərbi aktivliyi eşitdiyini təsdiqləyib.

Agentliyin açıqlamasına görə, zərbə endirilən obyekt atom elektrik stansiyasından təxminən 1200 metr məsafədə yerləşir və oradan tüstülərin yüksəldiyi müşahidə olunub.

UAEA-nın Baş direktoru Rafael Mariano Qrossi bildirib:

"Nüvə stansiyası yaxınlığında baş verən istənilən hücum - məqsədindən asılı olmayaraq - nüvə təhlükəsizliyi üçün potensial risk yaradır və qarşısı alınmalıdır. Bir daha çağırış edirəm: nüvə obyektləri yaxınlığında hərbi qüvvələr maksimum təmkin göstərməlidir ki, nüvə qəzası riski yaranmasın".

Qeyd olunub ki, hücum nəticəsində stansiyada hər hansı radiasiya sızması qeydə alınmayıb.

Ukraynadan cavab zərbəsi: Soçidəki neft bazası vuruldu

Zaporijyadakı obyektə hücumdan sonra Ukrayna Rusiyanın Soçi şəhərində yerləşən neft bazasına dronlarla hücum edib.

Soçi vilayətinin qubernatoru bildirib ki, yanğın Ukrayna Silahlı Qüvvələrinə məxsus dronların hücumu nəticəsində baş verib. Yanğının söndürülməsi üçün əraziyə 120 yanğınsöndürən cəlb olunub.

Rusiya Mülki Aviasiya İdarəsinin məlumatına görə, təhlükəsizlik məqsədilə Soçi hava limanında uçuşlar müvəqqəti olaraq dayandırılıb.





Xəbər 276 dəfə oxunub.




08.08.2025  12:52 

Novxanı işıqsız qalacaq

08.08.2025  10:25 

Avtobus piyadanı vurub öldürdü

08.08.2025  10:04 

Astarada ev yanıb

08.08.2025  09:39 

Bakı metrosunda körpə doğuldu


BÜTÜN XƏBƏRLƏR +