Diqqət: Çaylardan sel keçəcək
Referendum niyə lazımdır? - Şərh
İsrail ordusu Qəzzanı boşaldır
Məktəb direktorunun diplomu saxtadır? - İDDİA
Yasamalda bu yollar bağlanır - Rəsmi
AZAL “Airbus A320neo” tipli sərnişin təyyarəsi aldı
Pensiyalarda artım olacaq... - Vaxt açıqlandı
Mətbuat Xidmətinin rəhbəri böyük köməkçi oldu
Ukraynalıların əksəriyyəti Zelenskiyə güvənir – Sorğu
“Formula 1“də birinci sərbəst yürüş dayandırılıb


29.06.2020  15:53 

Bazarda partlayış 10 nəfərin həyatına son qoydu





A+  A-

Əfqanıstanın cənubundakı Hilmənd vilayətində mal-qara bazarında baş verən partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb.
XəzərNews.az “Ria Novosti”yə istinadən xəbər verir ki, kustar üsulla hazırlanmış partlayıcı qurğu “Taliban”ların fəal olduğu Sangin bölgəsində partladılıb.

“Taliban” sözçüsü Zabihullah Mücahid bazara bomba yerləşdirildiyini inkar edib. Onun sözlərinə görə, əsgərlərin bazara minaatan mərmi atması nəticəsində bir neçə mülki şəxs ölüb, bir çox insan yaralanıb.

Qeyd edək ki, Əfqanıstanda hökumət qüvvələri ilə radikal “Taliban” hərəkatının yaraqlıları arasında qarşıdurma davam edir. Bununla yanaşı, ölkədə “İslam Dövləti" terror qruplaşmasının da gücləndiyi bildirilib.

Xəbər 3293 dəfə oxunub.



19.09.2025  17:32 

Diqqət: Çaylardan sel keçəcək


BÜTÜN XƏBƏRLƏR +