Prezident özbəkistanlı naziri qəbul etdi
Səfirliklərimiz fəaliyyətini davam etdirir - XİN
İraqda yerli əhali İrana dəstək aksiyası keçirirlər
Tramp “güc tətbiq etməkdən qorxmayan“ sülhməramlıdır
Xamneyi öldürülərsə... - Rusiyanın reaksiyası nə olacaq?
FHN “Bal Badem”in fəaliyyətini dayandırdı
Masallıda VIII sinif şagirdi itkin düşüb
Rəfail Abdullayevin şirkəti sakinləri fəlakətə aparır
“Mahir Ay Brat“ kimi tanınan meyxanaçı həbs edilib
İran İsrailin Beer Şeva bölgəsini darmadağı etdi


15.05.2025  10:53 

Azərbaycanın turizm imkanları Qazaxıstanda





A+  A-

Mayın 15-də Azərbaycan Turizm Bürosu (ATB) Qazaxıstanın Atırau şəhərində Atırau–Bakı–Atırau birbaşa aviareyslərinin açılışına həsr edilən tədbirdə təqdimat keçirib.

XəzərNews.az xəbər verir ki, tədbir çərçivəsində ATB nümayəndəsi tərəfindən keçirilən təqdimatda son dövrlərdə Qazaxıstandan artan maraq nəzərə alınaraq sağlamlıq turizmi, aktiv səyahət, festivallar, konsertlər, eləcə də işgüzar tədbirlər (MICE) və qolf turizminin tanıtımına dair məlumat verilib. 2025-ci ilin ilk dörd ayı ərzində Azərbaycana səfər edən Qazaxıstan vətəndaşlarının sayında 18% artım müşahidə olunduğu bildirilib.



Tədbirdə həmçinin “Air Astana” aviaşirkəti, Azərbaycanın "Azertour” turizm şirkəti və “TABIA Group”un nümayəndələri təqdimat keçiriblər

Qeyd edək ki, 31 may tarixindən etibarən başlayacaq yeni reys həftədə 3 dəfə olmaqla həyata keçiriləcək. Hazırda isə Astana, Almatı və Aktau şəhərlərindən Bakıya birbaşa uçuşlara mövcuddur.


Xəbər 2857 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +