Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


14.11.2023  10:43 

İmran Ağayev yeni işə başlayıb





A+  A-

Rüşvət ittihamı ilə həbs edilmiş Fövqəladə Hallar Nazirliyinin Modul tipli Hospitalının sabiq baş həkimi İmran Ağayev yeni işə başlayıb.

Xəzərnews.az Unikal-a istinadla xəbər verir ki, İ. Ağayev Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji klinikasının direktor müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, İmran Ağayev fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadənin bacısı oğludur.

Xatırladaq ki, İmran Ağayev koronavirus xəstələrinin FHN hospitalının “VİP korpus”larına yerləşdirmək və özəl klinikadan hospitala köçürülməsi müqabilində rüşvət almaqda ittiham edilib. 2021-ci il aprelin 22-də tutulub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İmran Ağayev 8 il 3 ay müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 4 ilə, Ali Məhkəmə isə 3 ilə endirib. Beləliklə, bu il aprelin 22-də onun cəza müddətinin üçdə iki hissəsi tamam olub və İmran Ağayev azadlığa buraxılıb.

Xəbər 2371 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +