Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu
Fındıq mafiyası bağları ucuz qiymətlə məhv edir
Arxiv İdarəsinin rəisi istirahətdə olarkən vəfat edib
Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?


10.11.2020  22:37 

Ərdoğanla Putin bəyanatı müzakirə etdilər





A+  A-

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putinin telefon danışığı olub.
XəzərNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, danışıq zamanı Türkiyə-Rusiya münasibətləri, Dağlıq Qarabağ və Suriya başda olmaqla regional məsələlər müzakirə edilib.

Ərdoğan Dağlıq Qarabağ məsələsində daimi həll yolunda doğru addım atıdlığını bildirib.

Türkiyə və Rusiyanın sıx iştirakıyla əldə edilən bu mühüm fürsətin ədalətli və davamlı sülh ilə bölgədə sabitliyin qorunması üçün istifadə edilməli olduğunu qeyd edən Ərdoğan bu nöqtədə ən önəmli məsələnin Ermənistanın atəşkəsə və ortaq bəyanatda qeyd edilən bəndlərə riayət etməsi olduğunu vurğulayıb.

O, Türkiyənin də Ermənistan işğalından azad edilən torpaqlarda Azərbaycan tərəfindən müəyyən ediləcək ərazidə təsis olunacaq ortaq mərkəzdə Rusiya ilə birlikdə atəşkəs üçün nəzarət və müşahidə fəaliyyətində olacağını, dolayı yolla bu məqamda Rusiya tərəfinə də mühüm bir məsuliyyət düşdüyünü dilə gətirib.

Ərdoğan Ermənistanın işğalından sonra Qarabağı tərk etmək məcburiyyətində qalan azərbaycanlıların evlərinə qayıtmasının və Azərbaycanla Naxçıvan arasında dəhliz açılmasının vacibliyini qeyd edib.

Dağlıq Qarabağ məsələsinin, regional münaqişə və böhranların həllində Türkiyə-Rusiya işbirliyinin əhəmiyyətini göstərdiyini bildirən Ərdoğan eyni işbirliyinin Suriya böhranı üçün də davam etdirilməli olduğunu və orada da bənzər mexanizmin qurula biləcəklərini deyib.

Xəbər 3919 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +