Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı


04.11.2020  15:22 

Vətəndaşlara yenə saxta mesaj göndərilir





A+  A-

Ermənistan kibermühitdə təxribat xarakterli məlumatlar və dezinformasiya yaymaqda davam edir. Düşmən bu dəfə də saxta xarici nömrələrdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin adından vətəndaşlarımıza mesaj göndərərək Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonuna hücuma keçəcəyi və təhlükəsizlik üçün rayonu müvəqqəti olaraq tərk etmələrinə dair saxta çağırışlar edir.
XəzərNews.az xəbər verir ki, daha öncə də vətəndaşlara Gəncə və Bərdə rayonlarına raket hücumu təhlükəsi səbəbindən sığınacaqlara yerləşmələri ilə bağlı saxta mesajlar ünvanlanıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bildirir ki, bu məlumatlar əhali arasında qorxu və təşviş yaratmaq məqsədi daşıyır və həqiqəti əks etdirmir.

Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etsinlər, tanımadıqları nömrələrdən gələn zəng və mesajlara cavab verməsinlər, həmin nömrələri bloklasınlar, mesajları spam olaraq şikayət etsinlər. Həmçinin baş verən kiberinsidentlərlə bağlı ekran görüntülərini (screenshot) və digər elektron sübutları saxlasınlar və bizə göndərsinlər.

Hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda, vətəndaşlar www.cert.az saytı və ya [email protected] e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edə bilərlər.

Xəbər 3592 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib


BÜTÜN XƏBƏRLƏR +