Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


13.11.2019  15:39 

Azərbaycan kubokunun püşkü atıldı





A+  A-

Bu gün Azərbaycan kubokunda 2019/20 mövsümünün püşkatma mərasimi keçirilib.
XəzərNews.az xəbər verir ki, saat 15:00-da başlayan mərasim AFFA-nın inzibati binasında təşkil olunub.

Püşkatmada Premyer Liqada iştirak edən 8 klubla yanaşı, Birinci Divizionun 4 komandası - “Zaqatala”, “Kəpəz”, “Ağsu” və “Qaradağ Lökbatan” təmsil olunub.

Komandalar reytinqə əsasən 3 səbətə bölünüb. Əvvəlcə ötən mövsüm Premyer Liqanı 5-8-ci yerlərdə başa vuran "Zirə", "Sumqayıt", "Sabah" və "Keşlə"nin təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib. Bu mərhələ bir matçdan ibarət olacaq və dekabrın 4-də keçiriləcək.

Qaliblər Premyer Liqada ilk 4 yeri tutmuş "Qarabağ", "Neftçi", "Səbail" və "Qəbələ" ilə 1/4 finalda qarşılaşacaqlar. Bu mərhələnin ilk görüşləri 15-16 dekabrda, cavab matçları 19-20 dekabrda olacaq.

Təsnifat mərhələsi
Sabah – Ağsu
Zirə - Qaradağ Lökbatan
Sumqayıt – Zaqatala
Keşlə - Kəpəz

1/4 final
Qəbələ – Sabah/Ağsu
Səbail - Zirə/Qaradağ Lökbatan
Neftçi – Sumqayıt/Zaqatala
Qarabağ - Keşlə/Kəpəz



Xəbər 3202 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +