Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu
Fındıq mafiyası bağları ucuz qiymətlə məhv edir
Arxiv İdarəsinin rəisi istirahətdə olarkən vəfat edib
Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?


01.07.2019  08:56 

Məmmədyarov Baş direktorla görüşüb





A+  A-

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov UNESKO-nun Bakıda keçirilən Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirakı çərçivəsində təşkilatın Baş direktoru Odre Azule ilə görüşüb.
XəzərNews.az xəbər verir ki, tərəflər UNESKO ilə Azərbaycan arasında elm, təhsil, mədəniyyət, kommunikasiya, gender bərabərliyi və digər sahələr üzrə mövcud olan fəal və səmərəli əməkdaşlıq əlaqələri ətrafında fikir mübadiləsi aparıblar.

Azərbaycan-UNESKO münasibətlərinin inkişaf etdirilməsində və UNESKO dəyərlərinin dünyada təşviq edilməsində Azərbaycan Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti xüsusilə vurğulanıb.

Nazir Elmar Məmmədyarov UNESKO ilə əməkdaşlığın Azərbaycan üçün əhəmiyyət kəsb etdiyini və bu xeyirxah təşklatla əlaqələrimizin daha da inkişaf etdirilməsində maraqlı olduğumuzu bildirib.

Görüşdə tərəflər, habelə dünya irsinin qorunması sahəsində UNESKO tərəfindən həyata keçirilən mühüm layihələr üzrə fikir mübadiləsi aparıblar.

Xəbər 3336 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +