Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


18.09.2017  23:58 

Bakıda geylərin kütləvi həbsi - Aralarında QİÇS xəstələri də var





A+  A-

Daxili İşlər Nazirliyinin müvafiq qurumları Bakı şəhərində gecələr “fəaliyyət” göstərən cinsi azlıqlara qarşı geniş əməliyyat keçirib.
Yerli saytların bildirdiyinə əsasən, milli-mənəvi dəyərlərin qorunması istiqamətindəki tədbirlər çərçivəsində keçirilən reydlər zamanı son bir həftə ərzində 100-ə yaxın cinsi azlıq nümayəndələri saxlanılıb.

XəzərNews.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyindən bu xəbəri Virtualaz.org-a təsdiqləyiblər.

Məsələnin daha ilginc tərəfi odur ki, saxlanılan şəxslərin məcburi müayinəsi zamanı həm polisi, həm də həkimləri şoka salacaq faktlar aşkarlanıb. Bəlli olub ki, saxlanılan cinsi azlıq nümayəndələrinin, demək olar, hamısı ən təhlükəli cinsi xəstəliklərə yoluxublar. Aralarında QİÇS-ə yoluxanların olduğu da bildirilir.

İlkin dindirmə zamanı onların bu virusu başqalarına da yoluxdurduğu məlum olub. Müalicəsi çətin olan virus daşıyıcılarının zərəsizləşdirilməsi üçün müvafiq addımlar atılıb.

Xəbərə görə, polis cinsi azlıqların istifadə etdiyi mənzilləri, toplanış və əyləncə yerlərini, istifadə etdikləri nəqliyyat vasitələrini, onları himayə edən şəxslərin çevrəsini də müəyyənləşdirərək nəzarətə götürüb.

Bundan əlavə, DİN rəhbərliyi tərəfindən milli-mənəvi dəyərlərə zidd əməllərin qarşısının alınması üçün sərt tədbirləri davam etdirmək təlimatı verilib.

Nazirlikdən bildirildiyinə görə, əməliyyatda Yasamal, Nəsimi, Nərimanov rayon polis idarələrinin əməkdaşları iştirak edib.

Xəbər 3437 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +