Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


05.02.2018  21:27 

Özbəkistan 7 ölkə ilə viza rejimini ləğv etdi





A+  A-

Özbəkistan aralarında Türkiyənin də olduğu 7 ölkə ilə olan viza rejimi tətbiqinə son qoyub.
XəzərNews.az TRT-yə istinadən xəbər verir ki, bu barədə prezident Şövkət Mirziyoyev tərəfindən “Özbəkistanda turizmin inkişaf etdirilməsi üçün müsbət şəraitin təmin edilməsinə” dair sərəncam verilib.

Qərara əsasən, 10 fevraldan etibarən İsrail, İndoneziya, Cənubi Koreya, Malayziya, Sinqapur, Yaponiya və Türkiyə vətəndaşlarına viza rejimi tətbiqi ləğv edilib. Həmin ölkələrin vətəndaşları viza tələb edilmədən 30 gün müddətində Özbəkistanda səfərdə ola biləcəklər.

Bundan başqa, 1 iyuldan etibarən “e-viza” sisteminə də keçid olacaq.

Qeyd edək ki, prezident Mirziyoyevin ötən ilin oktyabrında imzaladığı sərəncam ilə Türkiyə, Avstriya, Belçika, Böyük Britaniya, Fransa, Almaniya, İspaniya, İtaliya, İsveçrə, Çexya, Latviya, Malayziya, Yaponiya və Tayland vətəndaşları üçün asanlaşdırılmış viza rejimi tətbiqi başlamışdı.

Xəbər 1494 dəfə oxunub.



13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +