Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


29.07.2020  10:12 

3 minlik mal-qara oğurlayanlar saxlanıldı





A+  A-

İyul ayı ərzində Beyləqan rayon ərazisindəki kənd və qəsəbədən mal-heyvan oğurlayaraq vətəndaşlara maddi zərər vuran şəxslər aşkar edilərək saxlanılıb.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, iyul ayında bir qrup rayon sakini müvafiq polis şöbəsinə müraciət edərək onlara məxsus iribuynuzlu və xırdabuynuzlu heyvanlarının oğurlandığı barədə məlumat veriblər.

Məlumatla əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində zərərçəkmişə məxsus tövlədən ümumi dəyəri 1800 manat olan iki baş iribuynuzlu mal-qara oğurlamaqda şübhəli bilinən rayon sakini Pərviz Cəfərov saxlanılıb.

Bundan başqa keçirilmiş digər tədbirlərlə Beyləqan rayon ərazisindəki otlaq sahələrinin birindən qoyun oğurlayan Biləsuvar rayon sakini Cəmaləddin Xammədov saxlanılıb. Araşdırmalarla onun 6 baş qoyun oğurlamaqla zərərçəkmişə 1200 manat dəyərində ziyan vurduğu müəyyən edilib. Hər iki şəxs dindirilmə zamanı törətdikləri cinayət əməlini etiraf edib.

Faktlarla bağlı Beyləqan RPŞ-də araşdırmalar davam etdirilir.

Xəbər 1696 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +