Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


02.02.2018  12:21 

Bayıl sürüşmə zonası ilə bağlı son məlumat





A+  A-

“Hazırda Bayıl sürüşmə zonasında nisbi sakitlikdir, aktivlik müşahidə olunmayıb”.
XəzərNews.az bildirir ki, bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, son 5 gün ərzində həmin əraziyə qoyulan mayaklarda heç bir dəyişiklik və aktivlik qeydə alınmayıb: “Dünən ərazidə buruq-qazma işləri tamamlanıb, laborator analizlər verilib. Güman edirəm ki, gələn həftənin sonuna yekun nəticələr nazirliyin aidiyyəti orqanlarına təqdim ediləcək. Həmin ərazidə təkcə bizim qurum deyil, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzi, Fövqəladə Hallar Nazirliyi iş aparır. Eyni zamanda Yaponiyadan gələn cihazlar da həmin ərazidə yerləşdirilib. Yekun nəticə öyrənilərək müvafiq qərar qəbul ediləcək.

Sakinlərin evlərinə nə zaman qayıdacağını isə yerli icra strukturları bilirlər. Biz təhlükəli ərazilərin dairəsini, topoqrafik xəritələri qeyd etmişik. Təhlükəli əraziyə daxil olan evlərdə yaşayan sakinlər müvəqqəti olaraq yaxınlıqdakı iki məktəbə köçürülüblər. Digərləri isə qohumlarının evində qalırlar”.

Xəbər 2435 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +