Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


16.03.2021  09:18 

Şəhriyarla Teymur mübarizəni dayandırdı





A+  A-

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi nüfuzlu “Champions Chess Tour” onlayn şahmat seriyasının dördüncü - “Meltvater” turnirində dörddəbir finala vəsiqə qazanan şahmatçıların adları müəyyənləşib.
XəzərNews.az xəbər verir ki, Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov turnirdə çıxışlarını dayandırıblar. Belə ki, Teymur Rəcəbov son iki turda rusiyalı Yan Nepomnyaşi ilə xalı yarı bölüb, rusiyalı Sergey Karyakinə isə məğlub olub.

Şahmatçımız, nəticədə 7 xalla 10-cu olub. Son iki turda Argentina şahmatçısı Alan Piçot və amerikalı Uesli So ilə oyunlarında bərabərlik qeydə alınan Şəhriyar Məmmədyarov isə yekun nəticəyə görə, 6,5 xalla 11-ci yerdə qərarlaşıb.

Turnir martın 21-dək davam edəcək.

Xəbər 1428 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +