Peşə təhsilində ödənişlər niyə artırılıb?
Danışıqların üçüncü raundu: Nələr müzakirə olunacaq?
Zelenski 16 yeni səfir təyin edib
İranda Naxçıvan avtobusları niyə saxlanılıb?
Sabah 41 dərəcə isti olacaq - Hava
Yanğında 33 nəfər zəhərlənib... - TƏBİB
Əcnəbilər də Qarabağa səfər edə biləcəklər
Hava limanında 75 reys ləğv edilib, 140 reys təxirə salınıb
Ukraynanı silahlandırmaq üçün 50 günlük kampaniya başlayır
Kreml Azərbaycana əleyhinə daha nələri etməyi planlaşdırır?


18.07.2025  10:33 

Magistral yolda çılpaq gəzən gənc saxlanıldı





A+  A-

Bakı şəhər Sabunçu rayonu ərazisində çılpaq vəziyyətdə əxlaqsız hərəkətlər edən şəxs məsuliyyətə cəlb edilib.

XəzərNews.az Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə Bilgəh qəsəbəsində - Dənizkənarı magistral yolda baş verib.

Gənc oğlan tamamilə lüt vəziyyətdə qeyri-etik hərəkətlər edərək vətəndaşların narahatlığına səbəb olduğuna görə saxlanılıb.

Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinə aparılan şəxsin Salyan rayon sakini olan və paytaxtın Binəqədi rayonunda yaşayan 1997-ci il təvəllüdlü S.Səlimov (şərti) olması müəyyən edilib.

Respublika Narkoloji Mərkəzinin Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən onun narkotik vasitə qəbul etməsi məlum olub.

Saxlanılan şəxs uzun müddətdir restoranda aşpaz işlədiyini, hadisədən əvvəl istirahət mərkəzində kokteyl içdiyini və bundan sonra özünə nəzarəti itirdiyini deyib.

Barəsində İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə protokol tərtib edilən gənc Sabunçu Rayon Məhkəməsinə aparılıb. O, 300 manat cərimə edilərək sərbəst buraxılıb.

Xəbər 365 dəfə oxunub.




21.07.2025  13:08 

Zelenski 16 yeni səfir təyin edib

20.07.2025  13:15 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +