“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


19.01.2018  12:35 

REAL-ın prezidentliyə namizədi kim olacaq?





A+  A-

2018-ci ildə ölkəmizdə baş tutacaq ən mühüm hadisə prezident seçkiləridir. Prezident seçkiləri oktyabrın 17-də keçiriləcək. Bununla bağlı artıq bir neçə partiya hazırlıq işlərinə başlayıb və namizədlərini müəyyən ediblər.
Respublikaçı Alternativ Hərəkatının (REAL) namizədi ilə bağlı müəyyən fikirlər səsləndirilir. REAL-ın sədri İlqar Məmmədov hələ də azadlıqda olmadığı üçün namizədliyinin irəli sürülməsi mümkün görünmür.

Maraqlıdır, partiyanın prezident seçkilərində namizədi kim olacaq?

XəzərNews.az bildirir ki, bununla bağlı REAL-ın icraçı katibi Natiq Cəfərli Modern.az-a açıqlama verib:

“Öncə ümid edirik ki, İlqar Məmmədov tezliklə həbsdən çıxacaq. Çünki Avropa İnsan Haqları Məhkəməsinin artıq iki qərarı var. Bu qərarın yerinə yetirilməsi üçün hökumətlə Avropa Məhkəməsi arasında kommunikasiya başlayıb. Bu danışıqlar mart ayına qədər yekunlaşmalıdır. Bu baxımdan arzu edirik ki, İlqar Məmmədov yaxın həftələrdə, aylarda azadlıqda olsun, həm ailəsinə qovuşsun, həm siyasi-ictimai fəaliyyətini bərpa etsin. O cümlədən seçkilərə qədərki dönəmdə artıq biz İlqar Məmmədovun azadlıqda olduğu şəraitdə onun seçki kampaniyasının aparılması üçün işlər görəcəyik. Yəni bizdə onun azadlığa çıxacağı ümidi və yaxın gələcəkdə bunu görmək şansı da çoxdur. Ümid edək ki, bu şans reallaşacaq”.

N.Cəfərli qeyd edib ki, REAL-da İlqar Məmmədovdan başqa ikinci bir namizəd ümumiyyətlə müzakirə olunmayıb:

“Hələlik bizim müzakirə olunacaq ikinci bir namizədimiz yoxdur. Amma ilkin qərarımız 2018-ci il prezident seçkilərində istənilən formada iştirak edib daha çox REAL-ın ideyalarını, dəyərlərini cəmiyyətə tanıtmaq üçün açılacaq fürsətdən istifadə etməyə çalışmaqdır. Yəni seçkilərdə hər hansı formada iştirak edəcəyik və bu formalar müxətlif ola bilər”.

Xəbər 1909 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +