Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


05.09.2017  13:08 

Rekordlar millimizin dadına çatmadı





A+  A-

Azərbaycan milli komandası DÇ-2018-in final mərhələsinə vəsiqə qazanmaq şansını rəsmən itirib.
XəzərNews.az xəbər verir ki, Robert Prosineçkinin komandası evdə San Marinonu 5:1 hesabı ilə məğlub etsə də, bu, pley-offa vəsiqə verən 2-ci yerə şansı saxlamaq üçün yetərli olmayıb.

Çünki həmin pillədə qərarlaşan Şimali İrlandiya yığması evdə Çexiya millisinə qalib gəlməklə (2:0) xalını 19-a çatdırıb. Nəticədə britaniyalılar sona iki tur qalmış ilk iki yerdən birini təmin edərək millimiz üçün əlçatmaz olub.

Buna baxmayaraq San-Marino ilə oyun millimiz üçün bir sıra rekordlarla əlamətdar olub.

1994-cü ildən seçmə mərhələlərdə çıxış edən komandamız hələ ki nə dünya, nə də Avropada final mərhələsinə yüksələ bilməyib. Bu, Azərbaycan yığmasının mübarizə apardığı 6-cı mundialdır.

Millimi çıxış etdiyi seçmə mərhələlərdə ən çox - 10 xal toplayıb. Bunadək rekord Berti Foqtsun baş məşqçiliyi dövründə - DÇ-2014-də 9 xal olub. Həmin vaxt yığmamız 6 heç-heçə bir qələbə ilə bu nəticəyə imza atıb.

Millimizin tarixində ən böyükhesablı qələbəsini qazanıb. Düzdür, 1999-cü ilin iyununda Tofiq Bəhramov adına Respublika stadionunda Lixtenşteyn yığması ilə oyunda da qələbə 4 top fərqiylə olmuşdu - 4:0. Ancaq bu dəfə daha çox qol vuruldu - 5:1.

Digər bir rekord isə turnir cədvəlindəki yerlərlə bağlıdır. Heç vaxt Azərbaycan millisi qrupda keçirdiyi 8 oyundan sonra 3-cü pillədə yer almayıb.

Xəbər 1496 dəfə oxunub.



07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +