Yaşar Gülər Azərbaycana səfər edəcək
PKK-a silahı yerə qoydu: Siyasi və ideoloji mübarizə isə...
“Qarabağ“ bir ildə 21 milyona yaxın pul xərcləyib
İcra başçısı özü haqqında sənədli film çəkdirib?
Putin günün sonuna qədər... - Vaxt daralır
Azərbaycanlı hərbçi Ukraynada həlak oldu
Ermənistan regionda yeni eskalasiya riski yaradır - Siyasi şərhçi
Putin Zelenski ilə görüşəcəkmi?
Xaçmazda 15 yaşlı oğlu öldürülən ana fəryad edir
Putin İrana gedir... - Hazırlıqlar başladı


12.09.2023  09:33 

Regionda siqaret ən baha qiymətə Azərbaycanda satılır





A+  A-

Azərbaycan region ölkələri arasında siqaretin ən yüksək qiymətə satıldığı ölkə ünvanını əldə edib.

XəzərNews.az xəbər verir ki, Ekonominfo.az dünyanın məşhur araşdırma portalarından olan "numbeo"ya istinadən bildirir ki, region ölkələri arasında siqaret ən yüksək qiymətə Azərbaycanda satılır.

Müqayisə üçün bildirək ki, bir "paçka" "Marlboro" siqaretinin qiyməti Azərbaycanda 3,5 dollar (6 manat) təşkil edir.

Türkiyədə milli valyutanın – lirənin dollar qarşısında dəyərdən düşməsi səbəbindən hazırda siqaret ən ucuz qiymətə Türkiyədə satılır. Türkiyədə bir "paçka" "Marlboro" siqaretinin qiyməti 1,9 dollara (50 lirə) bərabərdir.

Regionda ən uc Türkiyədə 2,85 dollara bərabərdir. Azərbaycanda isə bir "paçka" "Marlboro" 2,35 dollara satılır.

Şimal qonşumuz Rusiyada bir "paçka" "Marlboro"nun qiyməti 2,2 dollar (220 rubl) təşkil edir.

“Numbeo”nun məlumatına görə region ölkələrindən İranda bir "paçka" "Marlboro"nun qiyməti 2,1 dollara, Ukraynda 2,2 dollara, Ermənistanda 2,4 dollara, Gürcüstanda 3 dollara satılır.

Məlumat üçün qeyd edək ki, bir "paçka" "Marlboro"nun ən baha satıldığı ölkələrin siyahısında ilk sıranı Avstraliya (26 dollar), Yeni Zelandiya (23 dollar) və İrlandiya (16 dollar) tutur.

Onu da bildirək ki, Azərbaycanda ən böyük siqaret istehsalçısı “Tabaterra” QSC hesab olunur. Bu şirkətin direktoru millət vəkili Cavanşir Feyziyevin qardaşı oğlu Elman Cavanşir rəhbərlik edir.

Onu da qeyd edək ki, ötən ilin yanvar ayında İngiltərənin Milli Kriminal Agentliyi Elman Cavanşir və Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus 5,6 milyon funt məbləğində vəsaiti müsadirə edib.

Xəbər 4550 dəfə oxunub.




12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir

12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq

12.05.2025  11:41 

PKK ləğv olundu


BÜTÜN XƏBƏRLƏR +