Baş nazirin evində yanğın baş verib
Bu ərazilərdə yaşayanlara XƏBƏRDARLIQ: Sabah...
Ərdoğan Zelenski ilə telefon danışığı aparıb
Pensiya alanlara YENİ XƏBƏR: Öz pensiyanızdan imtina edib...
“Son zəng“ə görə pul tələb etdi, məktəbdən qovuldu -VİDEO
Yaşar Gülər Azərbaycana səfər edəcək
PKK-a silahı yerə qoydu: Siyasi və ideoloji mübarizə isə...
“Qarabağ“ bir ildə 21 milyona yaxın pul xərcləyib
İcra başçısı özü haqqında sənədli film çəkdirib?
Putin günün sonuna qədər... - Vaxt daralır


30.03.2017  10:53 

Samir Şərifovun mübhəm aksiz “sevdası“ - Niyə həmişə eyni şirkət...





A+  A-

Maliyyə Nazirliyi köhnə tərəfdaşına – Litvanın «Qarsu Pasaulis» şirkətinə tütün məmulatı, spirt və alkoqollu içkilərə tətbiq olunan aksiz markalarının çapına görə 6 milyon 291 min 976 manat ödəyib.
Ötənilki tenderin nəticələri bu həftə açıqlanıb. Əvvəlki illərdə nazirlik məhz bu məqsədlə təşkil olunan tenderlərin nəticələrini ictimaiyyətə açıqlamayıb. Şirkət istər ölkədə istehsal olunan, istərsə Azərbaycana gətirilən mallardan ötrü aksiz markaları çap edir. Söhbət 1 milyard 122 milyon ədəd halloqramlı markadan gedir. Bunun yarıdan çoxu (700 milyon ədəd) idxal olunan tütün məmulatı üçündür. Yerli siqaret istehsalçılarına 200 milyon, pivə istehsalçılarına 150 milyon ədəd aksiz markası sifariş verilib.
Maliyyə Nazirliyinin Litva şirkəti ilə əməkdaşlığı, ən azı, 2006-cı ilə gedib çıxır. O zaman da aksiz markalarının çapına tələb olunan vəsait 50 min manatı aşdığından, tender keçirilmiş, Almaniyanın «Qizike and Devrient» və Estoniyanın «Vaba-Maa» şirkətlərini ən ucuz qiymətlə geridə qoyan «Qarsu Pasaulis» QSC qalib elan olunmuşdu. Eyni nəticə 2009-cu ildə də qeydə alınmışdı.

2011-ci ildə blankların (38,6 min manat), qayıdış şəhadətnaməsi blanklarının (84,4 min manat) və viza blanklarının (474,2 min manat) çapı da Litvanın bu mətbəəsinə tapşırılmışdı.

Maliyyə Nazirliyi daha öncə xüsusi mühafizə keyfiyyətləri olan çap məhsullarının satın alınmasını 2014-cü ildə təşkil etmişdi. Elə o zaman da bir başqası deyil, məhz «Qarsu Pasaulis» QSC qalib çıxmışdı. Tərəflər arasında bağlanan müqavilənin qiyməti 434 min 158 manat olmuşdu. Builki müqavilə ictimaiyyətə məlum olan ən yüksək dəyərdədir.

Aksiz markalarının çapı və satışını Maliyyə Nazirliyi təşkil edir. Satışdan əldə olunan vəsait dövlət büdcəsinə daxil olur. Bu il də, əvvəlki illərdə olduğu kimi, satışdan 5 milyon manatın gələcəyi proqnozlaşdırılır. Amma dövlət büdcəsinin icrası haqqında qanunlardan görünür ki, bu, elə də asan məsələ deyil: 2015-ci ildə aksiz markalarının satışından 3 milyon manat əldə olunub. Bu, 2013-2014-cü illərdəkindən təxminən 800-900 min manat azdır.

Hər halda, Samir Şərifovun «Qarsu Pasaulis» "sevdasını" anlamamaq mümkün deyil. İllərdir ayrı-ayrı nazirlərimiz, icra başçılarımız büdcə pullarını məhz özlərinə yaxın şirkətlərə yönəldirlər ki, bu da əslində korrupsiyanın ən populyar formasıdır.

Yəqin ki, Samir Şərifovun ayağı büdrəyəndə «Qarsu Pasaulis» məsələsi də tam çılpaqlığı ilə ortaya çıxacaq.

(dia.az)

Xəbər 2380 dəfə oxunub.




12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir

12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq


BÜTÜN XƏBƏRLƏR +