Azərbaycanda bu banklar birləşə bilər
Cahangir Əsgərovun qızının Londondakı şirkəti bağlandı
Əlini sükandan çəkən sürücülər cərimələnəcək
Novxanı işıqsız qalacaq
İsrail Netanyahunun Qəzza planını təsdiq etdi
Ali Radanın deputatı Zelenskini tənqid edib
Sabah Bakıda temperatur bir az da enəcək
Bu gün doğulan uşaq metrodan pulsuz istifadə edəcək
“Mənə toxunanları Allaha tapşırıram” - Cahangir Əsgərov DANIŞDI
“28 May”dan “Dərnəgül”ə qatar getməyəcək


07.08.2025  09:47 

Narkotikdən şübhəli bilinən 6 nəfər saxlanılıb





A+  A-

Balakən rayonunda polis əməkdaşlarının sərhədçilərlə birgə həyata keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin kultivasiyası ilə məşğul olan, qanunsuz odlu silah-sursat saxlayan və digər ağır cinayətlər törətməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan XəzərNews.az -a verilən məlumata görə, çətin relyefli yüksək dağlıq ərazilərdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 3 narkotik plantasiyası aşkarlanıb.

Çətənə kollarını əkən, əvvəllər məhkum olunmuş 54 yaşlı Tahir İsmayılov, qohumu 49 yaşlı Oktay Gülüyev və tanışları 59 yaşlı Nizami Qarayev müəyyən olunaraq saxlanılıb.

Əraziyə baxış keçirilərkən narkotik tərkibli bitkilər, qanunsuz saxlanılan 2 ədəd ov tüfəngi və digər maddi sübutlar aşkarlanıb. Şübhəli şəxslər çətənə kollarını qazanc əldə etmək məqsədilə əkdiklərini və qulluq göstərdiklərini bildiriblər.

Həyata keçirilən digər tədbirlərlə narkotik vasitələrin dövriyyəsini təşkil edən və digər cinayətlər törədən daha 3 nəfər – Oruc Orucov, Elvin Papayev və Nasir Yetimov tutulublar.

Şöbə əməkdaşlarının qanunsuz saxlanılan odlu silah-sursatla bağlı keçirdikləri əməliyyat nəticəsində isə dağlıq ərazilərdə gizlədilən 2 ədəd “Kalaşnikov” avtomatı və 4 ov tüfəngi də aşkar edilib. Əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Xəbər 229 dəfə oxunub.




08.08.2025  12:52 

Novxanı işıqsız qalacaq

08.08.2025  10:25 

Avtobus piyadanı vurub öldürdü


BÜTÜN XƏBƏRLƏR +