Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


15.02.2022  14:25 

2900 manat olan “Iphone 12”-ni oğurladılar - Avtobusda





A+  A-

Naməlum şəxslər avtobusda qadın sərnişinin əlindən dəyəri 2900 manat olan “Iphone 12” markalı mobil telefonu soyğunçuluq yolu ilə alıb hadisə yerindən yayınıblar.

XəzərNews.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Cəlil Hacağayev və Ələddin İsrafilov Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsi əməkdaşlarının zərərçəkənin şikayəti əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılaraq istintaqa təhvil veriliblər.

Faktla bağlı 26-cı polis bölməsində toplanan materiallar Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Cəlil Hacağayev və Ələddin İsrafilov barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, 102 Xidməti - Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Xəbər 1707 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +