“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb
AAAF Parkda yolu bağlayıb, mağaza tikdilər
Dövlət Tural Abbaslının maliyyəsini kəsdi


08.07.2020  13:17 

Xızıda 2 il axtarışda olan şəxslər tutuldu





A+  A-

Xızıda iki ildir axtarışda olan şəxslər saxlanılıb.
XəzərNews.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Şurabad qəsəbəsi ərazisində törətdiyi cinayət hadisələrinə görə 2018-ci ildən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq) maddəsi ilə axtarışda olan Sumqayıt şəhər sakini Ağabala Səlimov yaşadığı şəhər ərazisində tutularaq Rayon Polis Şöbəsinə gətirilib.

A.Səlimov ətrafında həyata keçirilən əməliyyat-istintaq hərəkətləri nəticəsində onun qeyd olunan hadisəni qohumu Samir Rzayev və tanışı Fariz Tağıyev ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında törətdiyi məlum olub. Polis əməkdaşları tərəfindən S.Rzayev və F.Tağıyev də yaşadıqları Sumqayıt şəhəri ərazisində saxlanılaraq Xızı RPŞ-nin İstintaq Qrupuna təhvil veriliblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Ağabala Səlimov qohumu Samir Rzayev və tanışı Fariz Tağıyev ilə qabaqcadan əlbir olaraq 2018-ci ilin iyul ayının 10-da Xızı rayonunun Şurabad qəsəbəsinə gələrək burada əvvəllərdən ədavəti olduğu Orxan Bayramovla mübahisə ediblər. Mübahisə nəticəsində həmin şəxslər Orxan Bayramova və tanışı Elbrus Atakişiyevə bıçaqla xəsarət yetirərək hadisə yerindən uzaqlaşıblar.

Xəbər 1730 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +