“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


10.02.2025  17:15 

Təhsil Tələbə Krediti Fonduna yeni sədr təyin OLUNDU





A+  A-

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətində dəyişiklik edilib.

XəzərNews.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Bəhruz Əzimov Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Bundan əvvəl Fondun sədr müavini vəzifəsində çalışan B.Əzimov “İnformasiya işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri” ixtisası üzrə bakalavr, “Biznesin təşkili və idarəolunması” ixtisası üzrə magistr təhsili alıb.

Emin Əmrullayevin digər əmri ilə Rüfət Tağı Zadə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub.

O, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın dövlət tənzimlənməsi və Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisasını bitirib. Rüfət Tağı Zadə bundan əvvəl Elm və Təhsil Nazirliyinin Peşə təhsili siyasəti şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

Xəbər 2462 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +