Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


03.02.2025  10:25 

“Fortis Group MMC” sakinləri zəhərləyir? - Video





A+  A-

Abşeronda müəssisələrin birindən çıxan tullantı ətrafda yaşayan sakinləri qorxuya salıb.

Yaxınlıqda yaşayan sakinlər iddia edir ki, "Fortis Group MMC” müəssisəsində istehsal olunan məhsulların tullantıları onları zəhərləyir. Evlərin 10 metrliyində yerləşən müəssisədən çıxan ağ rəngli tullantı həyətlərə, hətta evlərə qədər gəlib çatır.

Sakinlərin sözlərinə görə, kimyəvi tərkibli bu maddə, gips istehsalında istifadə olunur.

Mövcud vəziyyətlə bağlı adı çəkilən müəssisədən "XəzərXəbər"ə bildirilib ki, "Fortis Group MMC” şirkətində məhsulların istehsalında müasir standartlara cavab verən avadanlıqlardan istifadə olunur. Həmin avadanlıqlara 10 ədəd toztutucu qurğular mövcuddur. Qeyd olunan avadanlıqlar hər il Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müvafiq ekspertizadan, sınaqdan keçirilir

Bildirmək istəyirik ki, həmin ərazidə yaşayan sakinlər tərəfindən evlər, zavod fəaliyyətə başlayandan sonra tikilib və heç bir qanuni sənəd mövcud deyil. Sakinlər tərəfindən iddia olunan tozun bizim zavodla hec bir əlaqəsi yoxdur, tamamilə təxribat xarekteri daşıyır. Sakinləri məqsədi bu yolla öz torpaqlarını şirkətə satıb, pul əldə etməkdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova isə bildirib ki, məsələ araşdırlacaq və nəticəsi barədə məlumat veriləcək. Qurum tərəfindən yoxlamalar aparılacaq əgər hər hansı bir qanunsuzluq aşkarlansa, deyilən faktlar təstiqini taparsa, o zaman şirkət barəsində qanuna müvafiq tədbir görüləcək.




Xəbər 3372 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +