“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


15.11.2018  15:11 

Nemət Pənahlı azadlığa çıxdı





A+  A-

Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı həbsdən buraxılıb.
XəzərNews.az xəbər verir ki, bu haqda Turan-a onun vəkilləri məlumat verib.

Vəkillərin dediyinə görə, N.Pənahlının cəzası başa çatıb.

"Nemət Pənahlı barəsində keçən ay inzibati qaydada verilmiş 30 sutka inzibati həbs qərarının icra müddəti başa çatıb. O, saxlanıldığı Nəsimi rayon polis idarəsindən azadlığa buraxılıb".

N.Pənahlı barəsində verilmiş inzibati həbs cəzsını əsassız hesab edir. O, yerli məhkəmə qərarlarından Avropa Məhkəməsinə şikayət edəcək.

N.Pənahlı oktyabrın 12-də saxlanılmışdı. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsiylə - polis əməkdaşlarının qanuni tələbinə tabe olmamaqda ittiham edilən N.Pənahlı 30 günlüyə inzibati qaydada həbs olunmuşdu.

N.Pənahlı məhkəməsində ittihamı rədd etmişdi.

Nemət Pənahlı 1988-ci ildə Bakının Azadlıq (ovaxtkı Lenin) meydanında keçirilən nümayişlərin aparıcısı olub.

O, 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il azadlıqdan məhrum edilmişdi.

2016-cı il martın 17-də prezidentin verdiyi əfv fərmanı ilə vaxtından əvvəl azadlığa çıxıb.

Xəbər 1723 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +