Mən boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb
AAAF Parkda yolu bağlayıb, mağaza tikdilər
Dövlət Tural Abbaslının maliyyəsini kəsdi
Ukrayna PUA-larla Moskvanı vurmağa başladı
İqtisadiyyat naziri təyin edildi
Meriya bir gündə üç tenderi eyni şirkətə verib
Milyonluq tenderlərin qalibi - “VNM Servis”


24.04.2025  17:44 

Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?





A+  A-

Bakıda xanım sahibkarın vergi borcu 1 milyon manatı ötüb.

XəzərNews.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, "MEQA PRO" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 726.521,68 AZN vergi borcu yaranıb.

"LIDER A PRO" MMC-nin isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 305.998,07 AZN vergi borcu var.

Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan hər iki şirkətin baş direktoru və qanuni təmsilçisi Mahirə Xəlilzadə Vüqar qızıdır. Xanım sahibkarın sözügedən borca görə ölkədən çıxışına məhdudiyyət qoyulub.

Xəbər 1399 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +